Son 12 mövsümdə "Qarabağ" belə uğursuz start götürməmişdi

Son 12 mövsümdə "Qarabağ"  belə uğursuz start götürməmişdi

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.

Mediasport.az xəbər verir ki, "köhlən atlar" 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb. Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.

“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.