"Kəpəz" Gəncədə oynayacaq? - VİDEO

"Kəpəz" Gəncədə oynayacaq? - VİDEO

“Kəpəz” yaxın günlərdə, güman ki, rəqiblərini doğma divarlarda keçirəcək. MediaSport.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv bu mövsüm ilk dəfə rəqiblərini Gəncədə qəbul edə bilər.

Tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib. Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.

Yeni rəyə uyğun olaraq klub tərəfindən komandanın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət olunub.

Yerli "Kəpəz TV" telekanalı stadionun hazırki vəziyyətilə bağlı süjet hazırlayıb.