"Zirə" 30 yaşlı ukraynalı hücumçu ilə müqavilə bağladı - RƏSMİ
"Zirə" heyətini ukraynalı futbolçu ilə gücləndirib.
mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 30 yaşlı ukraynalı hücumçu Vladislav Kulaçı transfer edib.
Forvardla 1,5 illik müqavilə imzalanılıb. O, "Dinamo"(Kiyev), "Şaxtyor"(Donetsk), "Mariupol", “Metallurq” (Zaporojye), “Stal”, “Zarya”, “Vorskla”, “Aleksandriya”, “Eskişəhərspor”, “Honved” klublarında oynayıb.