Leandro Andrade Rusiya klubundan da təklif alıb? - AÇIQLAMA

Leandro Andrade Rusiya klubundan da təklif alıb? - AÇIQLAMA

"Qarabağ"ın baş meneceri Asif Əsgərov Leandro Andradenin gələcək taleyi ilə bağlı Rusiya mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, "sport24.ru" saytına danışan klub rəsmisi Premyer Liqa təmsilçisi "Rubin"in portuqaliyalıya təklif göndərib-göndərmədiyi ilə bağlı yayılan xəbərə münasibət bildirib:

"Rubin"dən Leandro Andrade üçün heç bir rəsmi təklif almamışıq. Ancaq futbolçu üçün başqa bir klubdan dəyəri 1,5 milyon avrodan çox təklif gəlmişdi".

Andradenin "Qarabağ"la sözləşməsi 2025-ci ilin yayına qədərdir. O, cari mövsüm "köhlən atlar"ın heyətində bütün turnirlər daxil 33 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Çinin "Şanxay Şenxua" klubu yarımmüdafiəçini bir müddətdir transfer etmək istəyir.