Son çempion "Gəncə" üzərində asanlıqla qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında (ABL) 10-cu tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, turun son matçı Gəncə Olimpiya İdman Kompleksində keçirilib.
Son çempion və turnir cədvəlinin cari lideri "Sabah" şəhərin eyniadlı komandasına güzəştə getməyib - 103:86.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kenyon Dulinq (23 xal, 3 asist), "Sabah"dan Entoni Vilson (36 xal, 10 ribaund) olublar.
"Sabah" 19 xalla mövqeyini möhkəmləndirib, "Gəncə" 13 xalla 9-cu pillədə qərarlaşıb.