Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, seçməmiz Türkiyədə keçiriləcək “Avropa Gənclər Seriyası” turnirində mübarizə aparacaq.
Turkiyənin Nevşehir şəhərində təşkil olunacaq yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançılar, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcək.
Martın 13-də start veriləcək yarışa martın 17-də yekun vurulacaq.