U-13 4 medalla qayıdır

U-13 4 medalla qayıdır

Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində Azərbaycanın U-13 komandası uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, təmsilçilərimiz yarışın ilk günündə komanda şəklində gümüş, son günündə isə üç medal qazanıblar.

Yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə bürünc mükafata layiq görülüb. Yağmur Məmmədli-Xədicə Eylazova, Onur Quluzadə-Tunar Bağırov tandemi isə qoşa yarışlarda üçüncü yeri tutub.