Diniyevin komandası liderlər qrupunda mövqeyini qorudu
Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçinin heyətində çıxış etdiyi "Bandırmaspor" 14-cü tur çərçivəsində "Yeni Malatyaspor"la üz-üzə gəlib.
Diniyev ilk hissə meydanda olub, komandası 2:0 hesablı qələbəni bayram edib.
"Bandırmaspor" 28 xalla 2-ci pillədə mövqeyini qoruyub.