Stolüstü tennisçilərimiz bu dəfə qızıl və gümüş medal qazanıblar

Stolüstü tennisçilərimiz bu dəfə qızıl və gümüş medal qazanıblar

Stolüstü tennisçilərimiz Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində daha iki mükafat qazanıblar.

Mediasport.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qatılan Aylin Əsgərova fəxri kürsünün birinci, Adil Əhmədzadə isə ikinci pilləsinə yüksəlib.

Xatırladaq ki, turnirin ilk günündə Tunar Bağırov gümüş, Xədicə Eylazova bürünc mükafata sahib çıxmışdı.

Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.