Gənc tennisçimiz 3-cü oldu

Gənc tennisçimiz 3-cü oldu

Stolüstü tennisçimiz Yağmur Məmmədli Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, istedadlı idmançımız yarışda bürünc medal qazanıb.

22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur 1/4 finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq 3-cü yerlə kifayətlənib.