Yeniyetmə tennisçimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Yeniyetmə tennisçimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, o, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medal qazanıb.

Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Quluzadə 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib.

Həlledici oyunda isə stolüstü tennisçimiz özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.

Onur Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.