Aşağı yaş qruplarında yığmaların baş məşqçilərinin adları açıqlandı

  Aşağı yaş qruplarında yığmaların baş məşqçilərinin adları açıqlandı

"Four Seasons" otelində Azərbaycan Basketbol Liqasının 2023/2024-cü illər mövsümü üzrə yekunları və 2024/2025-ci illər mövsümünün təqdimat mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, klubların nümayəndələri, milli komandaların üzvləri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə təqdimat zamanı aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb.

Oğlanlardan ibarət U-12 yığmasını Vasili Mçedişvili, B komandasını David Tsivtsivadze çalışdıracaq.

U-14-də A komandasında Polad Həsənov və Tahir Baxşıyev, B komandasında Fuad Niftəliyev iş başında olacaqlar.

U-16-da Alberto Blanko A, Anar Sarıyev B kollektivlərində fəaliyyət göstərəcəklər.