"Sumqayıt" Antalyada Rumıniya və Özbəkistan klublarına qarşı
"Sumqayıt" futbol klubunun Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərinin adına aydınlıq gəlib.
Mediasport.az xəbər verir ki, Samir Abasovun komandası Türkiyədə 2 yoldaşlıq matçında qüvvəsini sınayacaq.
Yanvarın 12-də rəqib Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubları olacaq.
"Gənclik şəhəri" təmsilçisinin mövsümün ikinci yarısı üçün hazırlıqları 6-17 yanvar tarixlərində təşkil ediləcək.