"Onlar ən yaxşısını etdilər"
"Matç gözlədiyimizdən də çətin keçdi. "Kəpəz" bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi".
mediasport.az xəbər verir ki, bunu Premyer Liqanın 15-ci turunun "Kıpız"lə oyunundan sonra "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.
Gənc məşqçi 1:1 hesabı ilə başa çatan oyun haqda düşüncələrini bildirib:
- Biz özümüz də çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadılar. Onlara təşəkkürümü bildirirəm. Ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda "Kəpəz"ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq.