Azərbaycan millisi Lohyada beynəlxalq turnirdə iştirak edəcək

 Azərbaycan millisi Lohyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan stolüstü tennisçiləri sabah Finlandiyanın Lohya şəhərində start götürəcək beynəlxalq yarışda iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, ənənəvi “Finlandiya Open” turnirində millinin 12 üzvü bacarığını göstərəcək.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək.

Turnirə dekabrın 8-də yekun vurulacaq.