"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edildi
AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FİFA referisi Anar Salmanovun iştirakı ilə “Sumqayıt” FK-nın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Mediasport.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutan tədbirdə "Sumqayıt"ın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.