"Şamaxı"da yeni hücumçu - RƏSMİ

"Şamaxı"da yeni hücumçu - RƏSMİ

“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirməkdə davam edir.

Mediasport.az xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda hücumçu Bəhruz Teymurovla müqavilə bağlayıb.

30 yaşlı forvard mövsümün sonuna qədər bölgə təmsilçisində çıxış edəcək.

Xatırladaq ki, Şamaxı təmsilçisi bunadək "Mingəçevir"dən ayrılan Roman Hüseynovu transfer edib, müdafiəçi Kənan Quliyev, yarımmüdafiəçi Abbas Ağazadə və hücumçu Elşad Tağıyevlə anlaşmanı gələn mövsümün sonunadək uzadıb, Emil Qasımov və Rövşən Şahmuradovla yolları ayırıb.

"Şamaxı" 12 oyundan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.