Milli komandamız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

 Milli komandamız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın qadın boksçuları fevralın 5-9-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, yığmanın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.

Bu gün səfərə yollanan idmançılar fevralın 10-da Bakıya qayıdacaqlar.