"Turan Tovuz"un hücumçusu mövsümü "Kəpəz"də başa vuracaq

"Turan Tovuz"un hücumçusu mövsümü "Kəpəz"də başa vuracaq

"Turan Tovuz"un futbolçusu Sadiq Şəfiyev "Kəpəz"də oynayacaq.

Mediasport.az xəbər verir ki, gənc futbolçu mövsümün sonunadək "sarı-göylər"in formasını geyinəcək.

19 yaşlı forvard 5 aylıq icarəyə verilib.

Xatırladaq ki, Sadiq Gəncə futbol məktəbinin yetirməsidir, o, 2020-2021-ci illərdə "Kəpəz"də oynayıb.

Hücumçu Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının şərəfini qoruyub.