Millimiz Albaniyanın ardından Qazaxıstan yığması ilə görüşəcək

Millimiz Albaniyanın ardından Qazaxıstan yığması ilə görüşəcək

Futbol üzrə Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yığmamız iyunun 11-də Macarıstanın “Haladaş SportKompleksum” stadionunda Qazaxıstan seçməsilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni arenada Albaniya kollektivi ilə də yoldaşlıq görüşü keçirəcək.