AFFA İcraiyyə Komitəsinin gizli iclası başlandı - YENİLƏNİR

AFFA İcraiyyə Komitəsinin gizli iclası başlandı - YENİLƏNİR

Yanvarın əvvəlindən gözlənilən AFFA İcraiyyə Komitəsinin toplantısı, nəhayət, baş tutub.

Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, bu dəqiqələrdə qurumun inzibatı binasında İK-nın qapalı iclası keçirilir.

Məlumata görə, gündəlikdə dayanan əsas məsələlər "İnkişaf Strategiyası"nın təsdiqlənməsi, legioner limitin ləğvi, Premyer Liqa, Birinci Liqa və İkinci Liqada klub sayının artırılmasıdır.

Xatırladaq ki, AFFA iclasla əlaqədar ictimaiyyətə öncədən məlumat verməyib.