"Zirə"də daha bir ayrılıq yaşanıb

"Zirə"də daha bir ayrılıq yaşanıb

“Zirə” futbol klubunda növbəti ayrılıq reallaşıb.

"Qartallar" müdafiəçi Dimitrios Çantakiasla yolları ayırıblar.

29 yaşlı yunanıstanlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

“Qartallar” daha əvvəl Vladislav Kulaç, Sezar Meza Kolli və İlkin Muradovla vidalaşıb.

Xatırladaq ki, bu barədə ilk xəbəri mayın 17-də Mediasport.az saytı paylaşıb (https://mediasport.az/resad-sadiqovun-zireden-yola-salacagi-ilk-futbolcu-mueyyenlesib)