"Turan Tovuz"un futbolçusu AÇ-də səfər qələbəsinə sevinib - VİDEO

"Turan Tovuz"un futbolçusu AÇ-də səfər qələbəsinə sevinib - VİDEO

"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi Moldova millisinin heyətində AÇ-2024-ün seçmə mərhələ oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası səfərdə Farer adaları yığmasının qonağı olub.

Marandiçinin 90 dəqiqə meydanda olduğu matç moldovalıların minimal hesablı qələbəsilə başa çatıb - 1:0.

Moldova yığması hazırda 8 xalla E qrupunda 3-cü pillədə qərarlaşıb.