VİDEO: Millimizin hücumçusu "Qalatasaray"ı ÇL qrupuna çıxardı
Qadınlardan ibarət Azərbaycan milli komandasının hücumçusu Nazlıcan Parlak formasını geyindiyi "Qalatasaray"ı Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb.
Mediasport.az xəbər verir ki, 31 yaşlı forvard Çexiyada baş tutan cavab görüşünün əlavə vaxtının 10-cu dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb.
"Cim-bom" bununla da tarixi ilkə imza atıb.
İstanbul təmsilçisi ÇL-də qruplara vəsiqə qazanan ilk türk komandası olub.
Komandalar arasında Türkiyədə keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Cavab qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, "Qalatasaray"ın heyətində millimizin daha bir futbolçusu - Kristina Bakarandze də çıxış edir.