İtaliyada oynayan futbolçu Azərbaycan yığmasında - SİYAHI

İtaliyada oynayan futbolçu Azərbaycan yığmasında - SİYAHI

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, 23 futbolçu ilə toplaşacaq yığmamız sabah təlim-məşq toplanışına start verəcək.

İyunun 12-dək Qəbələdə baş tutacaq hazırlıq prosesi çərçivəsində U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə qarşılaşacaq. Oyunlar iyunun 8-də və 11-də keçiriləcək.

Millinin heyəti:

Ayxan Abbaszadə (“Turan Tovuz”), Həbib Hüşənov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Məhəmməd İmaməliyev, Sadiq Məmmədli (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov, Nihad Orucəli (hamısı “Sumqayıt”), Hikmət Cəbrayılzadə, Amid Qasımov, Həbib Qədimov (hamısı “Qarabağ”), Ümid Səlimov (“Şamaxı”), Məsud Əlişanlı (“İSM Academy”, İtaliya), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).