Türkiyə Superliqası: Şahruddinin komandası üçün ev sınağı
Türkiyə Superliqasında 18-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" evdə "Antalyaspor"u qəbul edəcək.
Adana təmsilçisi və Antalya klubu 24 xalla ölkə çempionatının turnir cədvəlində müvafiq olaraq, 7-ci və 8-ci pillələri bölüşdürürlər.
Türkiyə Superliqası. 18-ci tur
14:30 "Konyaspor" - "Kayserispor"
17:00 "Adana Dəmirspor" - "Antalyaspor"
20:00 "Fənərbaxça" - "Qalatasaray"