Milli futbolçuların komandaları növbəti oyunlarını keçirəcəklər
Türkiyə 1-ci Liqasında 18-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ramil Şeydayev, Bəxtiyar Həsənalızadə və Coşqun Diniyevin komandaları növbəti oyunlarına çıxacaqlar.
Bir neçə gün öncə iş yerini dəyişən Şeydayevin yeni komandası "Kocaelispor" və Həsənalızadənin də formasını geyindiyi "Tuzlaspor" səfərdə, Diniyevin top qovduğu "Ümraniyəspor" isə evdə xal qazanmağa çalışacaq.
Xatırladaq ki, yarışın turnir cədvəlində "Kocaelispor" 33 xalla 3-cü, "Ümraniyəspor" 22 xalla 10-cu, "Tuzlaspor" isə 16 xalla 16-cı pillədə qərarlaşıb.
Türkiyə 1-ci Liqası. 18-ci tur
14:30 "Manisa BBSK" - "Kocaelispor"
17:00 "Çorum" - "Tuzlaspor"
20:00 "Ümraniyəspor" - "Gənclərbirliyi"