Konfrans Liqasında PÜŞK - Mahirin komandasının rəqibləri bilindi
UEFA Avropa Konfrans Liqasında 2023/2024-cü illər mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində komandalar hərəsində 4 kollektiv olmaqla 8 qrupa bölünüblər.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin heyətində çıxış etdiyi Xorvatiya”nın “Dinamo” (Zaqreb) klubu C qrupunda mübarizə aparacaq.
Qrup mərhələsi sentyabrın 21-də start götürəcək.
Avropa Konfrans Liqası. Qrup mərhələsi
A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Sloveniya), “Klaksvik” (Farer adaları).
B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zarya” (Luqansk, Ukrayna), “Breydablik” (İslandiya).
C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Ballkani” (Kosovo).
D qrupu: “Brügge” (Belçika), “Budö/Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə).
E qrupu: AZ (Alkmar, Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Zrinski” (Bosniya və Herseqovina).
F qrupu: “Ferensvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya).
G qrupu: “Ayntraxt” (Almaniya), PAOK (Yunanıstan), "Helsinki" (Finlandiya), “Aberdin” (Şotlandiya).
H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqores” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşelland” (Danimarka).