Vüsalın klubu "Ararat-Armeniya"a qarşı, "Neftçi" və "Sabah"ın rəqibləri dəqiqləşəcək - Konfrans Liqası

Vüsalın klubu "Ararat-Armeniya"a qarşı, "Neftçi" və "Sabah"ın rəqibləri dəqiqləşəcək - Konfrans Liqası

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

MediaSport.az xəbər verir ki, Azərbaycan klublarının II raunddakı potensial rəqibləri cavab görüşlərinə çıxacaqlar.

"Sabah"ın mümkün rəqiblərindən Latviyanın RFŞ komandası Şimali Makedoniya təmsilçisi "Makedoniya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Latviyadakı ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

"Neftçi"nin potensial rəqibləri Belarusun "Dinamo" (Minsk) klubu isə Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə UEFA-nın qərarına əsasən, Bakıdakı "Azersun Arena"da qarşılaşacaq. Oyun saat 21:00-da start götürəcək. İlk matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu Ermənistanın "Ararat-Armeniya" komandasını qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb.


Konfrans Liqası. I təsnifat mərhələsi. Cavab oyunları


19:00 Birkirkara - Maribor İlk oyun - 1:1

19:00 Europa - Dukaqjini İlk oyun - 1:2

19:00 Santa Koloma - Penibont İlk oyun - 1:1

19:30 Narva - Pünik İlk oyun - 0:2

19:30 Payde - B-36 İlk oyun - 0:0

19:30 RFŞ - Makedoniya İlk oyun - 1:0

20:00 Honka - Tobol İlk oyun - 1:2

20:00 Milsami - Panevejis İlk oyun - 2:2

20:45 Levadiya - Jilina İlk oyun - 1:2

21:00 Dila Qori - DAK İlk oyun - 1:2

21:00 Dinamo Minsk - Jelezniçar İlk oyun - 2:2

21:00 Dinamo Batumi - Tirana İlk oyun - 1:1

21:00 Zimbru - La Fiorita İlk oyun - 1:1

22:00 Neman - Vadus İlk oyun - 2:1

22:00 Eqnatia - Ararat-Armeniya İlk oyun - 1:1

22:00 Vikinqur - İnter Eskaldes İlk oyun - 1:2

22:00 Qjilani - Proqress İlk oyun - 2:2

22:00 Konnah - Akureyri İlk oyun - 0:2

22:30 Arsenal Tivat - Alaşkert İlk oyun - 1:1

22:30 Qlentoran - Qzira İlk oyun - 2:2

22:45 Kosmos - Sutyeska İlk oyun - 0:1

22:45 Dandalk - Meqpays İlk oyun - 0:0

22:45 Vlajniya - Linfild İlk oyun - 1:3

22:45 Haverfordvest - Şkendiya İlk oyun - 0:1

22:45 Vikinqur - Riqa İlk oyun - 0:2

22:45 Derri - Torşavn İlk oyun - 0:0

22:45 Vikinqur Reykyavik - Riqa İlk oyun - 0:2

22:45 Sent-Patriks - Düdelanj İlk oyun - 1:2

23:00 Sarayevo - Torpedo Kutaisi İlk oyun - 2:2

23:00 Krusaders - Haka İlk oyun - 2:2

23:00 Şkupi - Hegelmann İlk oyun - 5:0