UEFA Millətlər Liqası: Yığmamız Kipr seçməsi ilə heç-heçə edib

UEFA Millətlər Liqası: Yığmamız Kipr seçməsi ilə heç-heçə edib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında ilk oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, “Dalğa Arena”da Kipr yığması ilə baş tutan matç heç-heçə yekunlaşıb – 1:1.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamızın qolunu 46-cı dəqiqədə Sevinc Cəfərzadə vurub.

Millimiz növbəti görüşünü sentyabrın 26-da səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.