U-15 milli komandamız U-17 yığmamızla bərabərə qaldı

U-15 milli komandamız  U-17 yığmamızla bərabərə qaldı

Azərbaycanın 15 yaşadək qızlardan ibarət millisi yoxlama görüşü çərçivəsində U-17 yığmamızla qarşılaşıb.

Mediasport.az xəbər verir ki, milli Komandaların təlim-Məşq Mərkəzində baş tutan matç 3:3 hesabı ilə yekunlaşıb.

U-15-in qollarını Tahirə Rəcəb, Məryəm Səmədli və Sara Səlimova vurublar.

U-17-nin heyətində Aylin Kərimova (2 qol) və Yelizaveta Vaysman fərqlənib.