UEFA Millətlər Liqası: Yığmamızın oyunu moldovalılara tapşırılıb

UEFA Millətlər Liqası: Yığmamızın oyunu moldovalılara tapşırılıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində Kipr millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Mediasport.az xəbər verir ki, sentyabrın 22-də “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək:


Baş hakim: Elena Qobjila

Baş hakimin köməkçiləri: Nataliya Çeban, Ana Çiobotaru

Dördüncü hakim: Oksana Kruç