Azərbaycan yığması Macarıstana böyük hesabla uduzdu

Azərbaycan yığması Macarıstana böyük hesabla uduzdu

Bu gün qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovanın çalışdırdığı yığma Macarıstan millisini qəbul edib.

Qrupun digər matçında Türkiyə İsveçrəni sınağa çəkəcək.

Son iki tur ərəfəsində Azərbaycan millisi 4 xalla qrupda sonuncudur.

İsveçrə 9 xalla birinci, Türkiyə yığması isə 6 xalla ikincidir.

Avropa çempionatının seçmə mərhələsi. B Liqası. I qrup

 Azərbaycan - Macarıstan 0:5

Qollar: Anna Yulia Şiki, 21, Şanet Bernadet Kayan, 32, Emoke Papay, 53, Kinqa Sikler, 90+1, 90+4

Hakimlər: Yelena Peykoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer.

"Liv Bona Dea Arena".