Bu xanımlar məğlubiyyət almadan Azərbaycan çempionu oldular!

Bu xanımlar məğlubiyyət almadan Azərbaycan çempionu oldular!

Qadın futbolu üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023-cü illər mövsümünə yekun vurulub.

mediasport.az xəbər verir ki, ölkə çempionluğunu vaxtından əvvəl təmin edən "Sumqayıt" son turda 8 №-li İOEUGİM kollektivinə 7:4 hesabı ilə qalib gələrək birinciliyini rəsmiləşdirib.

Maraqlıdır ki, Sumqayıt təmsilçisi Yüksək Liqada çempionluğu məğlubiyyətsiz qazanıb. Zəriflər keçirdikləri 18 oyunun 14-də qalib gəlib, 4-də heç-heçə ediblər. Komandanın hücumçusu Şəfəq Nəsirova 64 qolla çempionatın bombardiri olub.