Yığmamızın Millətlər Liqasında oyunlarının yeri və saatı açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı açıqlanıb.
Mediasport.az xəbər verir ki, Kipr yığması ilə oyun dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da Limassoldakı “Limassol” stadionunda baş tutacaq.
Farer adaları ilə qarşılaşma isə dekabrın 5-də saat 19:00-da Mərdəkandakı “Dalğa Arena”da oynanılacaq.
Qeyd edək ki, Azərbaycan millisi 4 oyundan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Kiprin 7, üçüncü Monteneqronun 6 xalı var.
Autsayder Farer adalarının isə xalı yoxdur.