UEFA siyasi təxribata görə ermənilərə intizam işi açıb
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Mediasport.az xəbər verir ki, buna səbəb AŞ-2024-ün seçmə mərhələsində Xorvatiya qarşı keçirilən matçda ermənilərin siyasi təxribat xarakterli hərəkətlər etməsidir.
Belə ki, onlar qarşılaşmanın gedişində separatçı rejimin bayrağını dronla havaya qaldırıb.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.