"Neftçi" milli komandanın 27 yaşlı vingerini transfer etməyə hazırlaşır
Transfer çalışmalarına start verən “Neftçi” Özbəkistan millisinin futbolçusu Cəsurbek Yaxşıboyevi heyətinə qatmaq istəyir.
Mediasport.az xəbər verir ki, 27 yaşlı vinger qış transfer dönəmində “ağ-qaralar”ın düşərgəsinə qoşula bilər.
Hazırda Qazaxıstanın "Ordabası" klubunda çıxış edən oyunçunun keçidi üçün danışıqlar davam etdirilir.
Hücumameylli yarımmüdafiəçi 2018-ci ildən çağırıldığı əsas yığmada 10 oyuna 2 qol vurub.