Cabir Əmirli "Səbail"də qaldı

Cabir Əmirli "Səbail"də qaldı

"Səbail" futbolçusu Cabir Əmirli ilə yeni müqavilə imzalayıb.

Mediasport.az xəbər verir ki, 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Cabir 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 14 oyunda (989 dəqiqə) meydana çıxıb.

Xatırladaq ki, Bayıl klubu daha əvvəl Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırıb, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla müqaviləni yeniləyib və Fərid Nəbiyevi transfer edib.