Ümumxalq Hüzn Günüdür!

 Ümumxalq Hüzn Günüdür!

Bu gün Azərbaycanın qanla yazılmış şanlı tarixlərindən biri 20 Yanvar faciəsindən 35 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun qoşunları Bakı və Azərbaycanın digər rayonlarına qanunsuz daxil olaraq amansız qətllər törədiblər.

Silahlı dəstələr əliyalın xalqı uşaq, qoca, yaşlı, cavan demədən qırğına veriblər.

Faciə nəticəsində respublika üzrə ümumilikdə 150 nəfər öldürülüb, 400 nəfər həbs edilib, 744 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Sovet hərbçilərinin artilleriya və güllələri nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak yanaraq dağıdılıb.

Unutmadıq, unutmarıq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mediasport.az