Kurban Berdıyev: "Bu oyunda "Kəpəz" layiqli qələbə qazandı"
"Bu oyunda “Kəpəz” layiqli qələbə qazandı. Bu münasibətlə onları təbrik edirəm".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Türkmənistanlı müyəxəssis Azərbaycan Premyer Liqasının 19-cu turunun "Kəpəz"lə oyunu haqda danışıb, 2:5 hesablı məğlubiyyəti şərh edib:
"Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bugünkü oyunda heç nə alınmadı. Nəticə çıxarmalıyıq.
Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzrərində çox işləmişdik. Hədəfimiz dəyişmir.
Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi, müdafiədə problemlərin olacağını bilirdik. "Standart"lardan belə asan qol buraxacağımızı gözləmirdik”.