"Bir az üstünlüyümüz var idi, təəssüf ki, qalib gələ bilmədik"
"Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski deyib.
Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 19-cu turunun “Neftçi” ilə oyunu haqda fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Elvin Camalov o qədər pis durumdadır ki, onun mövqeyində mərkəz müdafiəçisi oynayırdı?
- Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin hələlik hazır deyil.
Düşünmürsünüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir? Sizcə, transferlər buo zona üçün edilməlidir?
- Həm qış, həm də yayda skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edib rəqabəti artıraq.