"Anlaşılmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm"

"Anlaşılmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm"

"Xırda anlaşılmazlığa görə də Tovuz azarkeşlərindən üzr istəyirəm. Futbolda belə şeylər hərdən baş verir".

Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 19-cu turunun "Turan Tovuz"la matçını şərh edib.

O, 5:2 hesablı qələbə haqda bunları danışıb:

"20 Yanvar faciəsi ilə bağlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Fanatlar var olsunlar. Oyunlar azarkeşlər ilə gözəldir. Çətin qarşılaşma oldu. Rəqibin əsas müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi.

Uşaqları matça yaxşı kökləmişdik. Şükürlər olsun ki, görüşün sonuna kimi mübarizə apara-apara qalib gəldik.

Futbolçular meydançada istədiklərimizi həyata keçirə bildilər. Onları təbrik edirəm. Gəncədən təşrif buyuran öz azarkeşlərimizə də minnətdaram. Qələbədə payları var".