Azərbaycan Ermənistana qarşı

Azərbaycan Ermənistana qarşı

Bu gün Polşada III Avropa Oyunları ərəfəsində şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.

MediaSport.az xəbər verir ki, Azərbaycan millisi ilk olaraq 7 qarşılaşma keçirəcək.

Yığmamız müvafiq ardıcllıqla Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.

Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə yer alıb.

Dairəvi sistem üzrə keçirilən turnir çərçivəsində onlar Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistandan olan rəqiblərlə görüşlər keçirəcəklər. Ən yaxşı dörd komanda yarımfinalda mübarizəni davam etdirəcək.


1-ci tur

Azərbaycan - Niderland

Şəhriyar Məmmədyarov - Benjamin Bock

Günay Məmmədzadə - Elin Roebers


2-ci tur

Azərbaycan - İsrail

Məmmədyarov - Maksim Rodşteyn

Məmmədzadə - Marsel Efroimski


3-cü tur

Azərbaycan - Polşa

Məmmədyarov - Yan-Kşiştof Duda

Məmmədzadə - Oliviya Kiolbasa


4-cü tur

Azərbaycan - Rumıniya

Məmmədyarov - Kirill Şevçenko

Məmmədzadə - İrina Bulmaqa


5-ci tur

Azərbaycan - Ukrayna

Məmmədyarov - Andrey Volokitin

Məmmədzadə - Yevgeniya Doluxanova


6-cı tur

Azərbaycan - İspaniya

Məmmədyarov - Xayme Santos

Məmmədzadə - Anna Matnadze


7-ci tur

Azərbaycan - Ermənistan

Məmmədyarov - Şant Sarkisyan

Məmmədzadə - Elina Danielyan