Budapeşt Olimpiadasında Azərbaycanı onlar təmsil edəcəklər
Bu ilin sentyabrında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək ölkə və idmançı sayı açıqlanıb.
Mediasport.az xəbər verir ki, FİDE ilkin hesablamalara əsasən, yarışda 190 ölkədən 2000-ə yaxın şahmatçının qatılacağını pronozlaşdırıb.
Müqayisə üçün deyək ki, iki əl əvvəl Hindistanın Çennain şəhərində baş tutmuş Olimpiadada 188 kişi və 162 qadın komandası iştirak edib.
Cari Olimpiadaya qeydiyyat iyulun 19-da başa çatacaq.
Azərbaycan yığmalarının təqdim etdiyi siyahıda kişilərdən ibarət komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlardan isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yarışacaq.