"Viimsi Qarabağ" beynəlxalq turnirdə 38 klub arasında 2-ci oldu
Estoniyanın “Viimsi Qarabağ” futbol klubu 38 komandanın iştirak etdiyi minifutbol üzrə beynəxalq turnirdə ikinci olub.
Mediasport.az xəbər verir ki, iyunun 15-də Latviyanın Baldone şəhərində baş tutan yarışa Polşa, Latviya, Litva, Finlandiya və Estoniyadan 38 komanda qatılıb.
“Viimsi Qarabağ” finalda Litva təmsilçisi “Taurus”a penaltilər seriyasında uduzaraq ikinci yeri tutub.
Komanda turnirin qrup mərhələsində “Taurus”u 3:0 hesabı ilə məğlub edib.