Son Azərbaycan çempionu rəqib qapısından 9 top keçirib
Minifutbol üzrə ölkə çempionatında III tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Son çempion "Birbaşa" rəqib qapısından 9 top keçirib.
Turun son 4 matçı bu gün keçiriləcək. İki görüş "İdman" tv vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan çempionat. 3-cü tur
“Real Bakı” - “Aznur” 2:2
“Siyəzən” - “Dirçəliş” 2:7
“Birbaşa Bakı” - “Dinamo Gəncə” 9:1
“Atəşgah Suraxanı” - “Abşeron” 3:3