"Xankəndinin içində küçələri, evləri görəndə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşadım"

 "Xankəndinin içində küçələri, evləri görəndə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşadım"

Həyatımın unudulmaz günlərindən birini yaşayıram”.

Bu sözləri Mediasport.az saytının Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov deyib.

Veteran futbolçu ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu öncəsi təəssüratlarını bölüşüb:

Fərqli hisslərdir, buna görə cənab Prezidentə, ordumuza, şəhidlərimizə təşəkkürümü bildirirəm. Ağdamın girişindən etibarən qeyri-adi hisslər yaşamağa başlamışam. Xankəndinin içində küçələri, evləri görəndə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşadım. Burada olduğum üçün çox xoşbəxdəm. İnanıram ki, buralar tam hazır olandan sonra insanlar tez-tez gələcəklər”.

R.Abışov “Qarabağ”ı matçın favoriti adlandırıb: “Bu gün futbol ikinci plandadır. Əsas insanların buradakı ab-havanı hiss etmələridir. Bir tərəfdə “Qarabağ”ımız, digər tərəfdə isə ordu klubudur. Məncə, “Qarabağ” asanlıqla qalib gələcək. Ancaq böyükhesablı qələbə gözləmirəm. Əsas odur ki, insanlar bu gün burada olanlardan həzz alacaqlar”.

Qeyd edək ki, bu gün Xankəndi şəhər stadionunda keçiriləcək “Qarabağ” – MOİK oyunu saat 14:00-da başlanacaq.

Elvin