Qırmızı vərə alıb hakimləri söyən futbolçuya 4 oyunluq cəza verildi
Azərbaycan 2-ci Liqasında çıxış edən "Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev 4 oyunluq cəzalandırılıb.
Mediasport.az xəbər verir ki, o, 7-ci turun "Hypers Guba" ilə görüşündə ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.
Sarıyevin bu hərəkətinə görə "Ağdaş№ klubu 300 manat cərimələnib.
Klub matçın ilkin protokolunu elektron bazada gec təsdiq edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat ziyana düşüb.