"Xəzər Lənkəran" və millinin sabiq üzvü 43 yaşında bu kluba keçdi
Region Liqası üçün yeni mövsümün hazırlıqlarını davam etdirən "Füzuli" heyətini gücləndirir.
MediaSport.az xəbər verir ki, yenidən formalaşdırılan kollektiv milli komandamızın sabiq üzvü Ruslan Poladovla anlaşıb.
Peşəkar karyerasını "Zirə"də başa vurmuş 43 yaşlı yarımmüdafiəçi vaxtilə "Xəzər" (Sumqayıt), "Gənclərbirliyi" (Sumqayıt), "Rəvan", "Standard", "Xəzər Lənkəran", "İnter" (İndiki "Şamaxı") "Simurq", "Sumqayıt", "Zirə", "MKT-Araz", "Şəmkir" və "Qaradağ-Lökbatan"ın formasını geyinib. Poladov Azərbaycan yığmasının da şərəfini qoruyub. O, 2005-ci ildə DÇ-2006-nın Bakıda Uels yığmasına qarşı görüşdə (0:2) millidə debüt edib.