Yunanıstan mətbuatının ehtimal "11-liy"i: "Qapıçı debüt edəcək"

Yunanıstan mətbuatının ehtimal "11-liy"i: "Qapıçı debüt edəcək"

Yunanıstan mətbuatı bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq “Olimpiakos”un son məşqinə əsasən, hansı start heyəti ilə meydana çıxacağını proqnozlaşdırıb.

mediasport.az xəbər verir ki, yunanlar Baş məşqçi Miçel Qonsalesin müdafiədə olan zaman beş müdafiəçiyə çevriləcək "3-5-2" taktiki sxemindən faydalanacağını ehtimal edirlər.

Təxminlərə görə, son məşqlərdə özünü yaxşı tərəfdən göstərən qapıçı Aleksandros Paşxalakis bu gün debüt edəcək. Yunanıstan mətbuatının ehtimal etdiyi heyət bu cürdür:

Aleksandros Paşxalakis, Usseynu Ba, Pap Abu Sisse, Sokratis Papastatopulos, Şime Vrsalko, Oleq Ryabçuk, Andreas Buxalakis, Yan Mvilla, Pyer Künde, Abubakar Kamara, Hvan Uy-Co.

"Qarabağ" - "Olimpiakos"  oyunu 20:45-də başlanacaq.